Entoni Von
Aktyor, rejissor, ssenarist
Entoni Von Çxouson 2 sentyabr 1961-ci ildə Honkonqda anadan olub. İstedadlı və çoxşaxəli aktyordur. Karyerası ərzində az qala 150-ə yaxın televiziya və bədii film rolu olub. 13 kino mükafatı laureatı olub. 8 kino mükafata namizəd olub. Aktyorun boyu 179sm-dir. Entoni Von Çxousonun atası ingilis dənizçi, anası isə çinli olub. 4 yaşında olanda atası ailəni tərk edib. Ona görə Entoni yeniyetməlik illərində özünə anasının soyadını götürüb. Atasının ailəyə olan münasibəti uşaqda psixoloji travmaya səbəb olur. Şagir olduğu zaman çox problemli yeniyetmə olub. Daima sinif yoldaşları ilə dalaşıb. İş o həddə çatır ki, Vonq radikal addım ataraq, məktəbi tərk edir və dərs kitabları əsasında müstəqil şəkildə oxumağa başlayır. Aktyor karyerasına başlamazdan əvvəl ATV ('Asia Television Limited') telekanalında aktyorluq kurslarında iştirak edib. Əvvəl daha çox antaqonist obrazları canlandırıb. Bir neçə il ərzində 20-dən çox teletamaşada iştirak edir. Təcrübə topladıqdan sonra Vonq Honkonq İncəsənət Akademiyasına daxil olur. Tələbə olduğu illərdə kino debütünü gerçəkləşdirir. 1984-cü ildə “Daimi döyüş” adlı kəskin süjetli filmə çəkilir. Bəzi mənbələr isə ilk filminin 1985-ci ildə ekranlara çıxmış “Mənim adım Süzi deyil” bədii filmi olduğunu iddia edir. Hər halda bu filmlərdən heç biri ona şöhrət qazandırmayıb. Halbuki 1986-cı ildə Vonq Honkonq Kinofestivalında ən yaxşı yeni aktyor kateqoriyasında mükafata namizəd olub. 80-ci illərin sonlarında bir müddətlik kinodan ayrılıb və teatr səhnəsindən özünü sınayıb. 1990-cı illərdə böyük kinoya qayıdır və demək olar ki, dərhal məşhurlaşır. 1992-ci ildə rejissor Con Vunun “Bomba oğlanlar” filminə dəvət olunub. 1993-cü ildə “Danışılmamış hekayə” filmində oynadığı rola görə ən yaxşı ikinci plan rolu nominasiyasında Honkonq Kinofestivalı mükafatının laureatı olub. Çəkildiyi ən reytinqli filmlər “Medalyon” (2003), “Mumya: Əjdaha imperatorun məzarı” (2008), “İp Mən: Sonuncu döyüş” (2013) filmləri sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%BD%D0%B3,_%D0%AD%D0%BD%D1%82%D0%BE%D0%BD%D0%B8