Səlim Xan

Səlim Xan

Ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Səlim Xan 24 noyabr 1935-ci ildə Hindistanın İndor şəhərində anadan olub. Daha çox “Qisas və Qanun” (1975), “Divar” (1975), “Zəncir” (1973), “Şakti” (1982), “Zita və Gita” filmlərinin ssenaristi kimi tanınır. Karyerası ərzində ümumilikdə 44 televiziya/bədii filmə və seriala ssenari yazıb. Son olaraq 2013-cü ildə “Mahabharata” adlı hind serialının 20 epizodunun ssenari müəllifi olub. Ssenarilərinin çoxunu həmkarı və dostu Cavid Əhtarla birlikdə yazıb. Ssenarist dueti “ulduz” statusu qazanmış ilk Hindistan ssenaristləridir. Bollivud tarixinin ən uğurlu ssenaristləri hesab olunurlar. Salim Xan eyni zamanda Bollivudda “Xan sülaləsinin” banisi hesab olunur. O, 3 məşhur hind aktyoru Salman Xan, Sohail Xan və Arbaz Xan və kino pordüseri Alvira Xan Agnihotrinin atasıdır. Altı dəfə "Filmfare Awards" mükafatının qalibi olub. 2014-cü ildə Padma Shri ordeni ilə təltif olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0451311/

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç