Rameş Sippi

Rameş Sippi

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Rameş Sippi – hindistanlı kinorejissor və prodüserdir. Daha çox “Qisas və Qanun” (1975), “Gözəl həyat” (1980), “Şakti” (1982), “Akayla” (1991), “Zita və Gita” (1972) filmlərinin rejissoru kimi məşhurlaşıb. Karyerası ərzində ümumilikdə 15 filmə rejissorluq edib. 2013-cü ildə Padma Şri mükafatının qalibi olub. Atası məşhur Hindistan kinoprodüseri G.P. Sippidir. Onun çəkdiyi “Zita və Gita” filminə prodüserlik edib. Oğlu Rohan Sippi Bollivud kinorejissorudur. Rameş iki dəfə evlilik həyatı yaşayıb. Hazırda ikinci həyat yoldaşı – aktrisa Kiran Cunica ilə birlikdə yaşayır. 1971-ci ildə “Əndaz” filmini çəkməklə tammetrajlı rejissor debütünü gerçəkləşdirib. Ona qədər isə yeddi il ərzində rejissor köməkçisi olub. İkinci filmi “Zita və Gita” adlı romantik komediyası ona böyük uğur qazandırır. Film dünyanın dörd bucağında tamaşaçılar tərəfindən sevilir. 1975-ci ildə isə Bollivud tarixinin ən böyük blokbasteri sayılan “Qisas və Qanun” filmini lentə alır.


Ətraflı məlumat üçünaşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ramesh_Sippy

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç