Honi İrani

Honi İrani

Aktrisa, ssenarist

BİOQRAFİYA

Honi Irani 25 avqust 1955-ci ildə Hindistanda anadan olub. Daha çox “Zita və Gita”, “Sən tək deyilsən” (2003), “De ki, sevirsən” (2000), “Sadəlövh qızlar” (2000) filmlərinə görə tanınır. Karyerası ərzində 22 televiziya və bədii filmə çəkilib. 19 filmə ssenari yazıb. “Zita və Gita”nın çəkilişlərində ssenarist Cavid Əhtarla tanış olub və cütlük 1972-ci ildə ailə qurub. Həmin filmlə aktrisa karyerasını dayandırıb. Əvvəl gənc cütlüyün qalmağa yerləri olmayıb, ona görə İraninin böyük bacısının onlara ayırdığı otaqda qalıblar. 1972-ci ildə Zoya Əhtar adlı qızları və 1974-cü ildə Fərhan Əhtar adlı oğlanları dünyaya gəlib. Ərinin aktrisa Şabanə Əzmi ilə gizli eşq macərasının üzə çıxmasından sonra cütlük 1978-ci ildə ayrılıb, 1985-ci ildə isə rəsmi qaydada boşanıblar. Əhtar sonradan Şabanə Əzmi ilə evlənsə də, İrani həyatını uşaqlarına həsr edib. Ailəni dolandırmaq üçün bir müddət hind milli qadın geyimlərinə müxtəlif naxışlar tikməklə pul qazanıb. Nəyahət kinematoqrafiyaya dönüş edib. Bu dəfə özünə ssenarist karyerası qurub. İraninin hər iki övladı böyüyərək Bollivudun tanınmış rejissorlarına çevriliblər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Honey_Irani

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç