Manorama
Aktrisa
Manorama (əsl adı - Erin Ayzek Daniel) 16 avqust 1926-cı ildə Lahor şəhərində (Hindistan) anadan olub. Anası irlandiyalı, atası hind kollec professoru olub. Nə qədər qəribə səslənsə də, kinoda debütünü körpə olarkən Bebi İris adlı südəmər uşaqkən gerçəkləşdirib. 1941-ci ildə Manorama adı altında növbəti filminə çəkilib. Tezliklə Lahorun ən yüksək gəlirli və tələb olunan aktrisalarından birinə çevrilib. Karyerası ərzində 145-dən çox televiziya/bədii filmə və seriala çəkilib. “Zita və Gita” hind filmində əkizlərin bir qədər komik lakin qəddar bibisi rolu ilə məşhurlaşıb. 1947-ci ildə Britaniya Hindistanının parçalanmasından sonra əri – prodüser Rac Haksarla birlikdə Bombeyə köçüb. Bollivud filmlərində daha çox mənfi qadın obrazlarını canlandırıb. Cütlüyün Rita Axtar adlı qızı olub. Aktrisa kimi bir neçə filmə çəkilsə də, sonradan kino sektorundan izsiz yoxa çıxıb. 1992-ci ildə "Junoon" filmində yaratdığı Maheş Bhatta rolundan sonra Manorama kinodan uzaqlaşıb və seriallarda çəkilməyə başlayıb. Həyat yoldaşının ölümündən sonra maddi çətinliklərlə üzləşib, evini itirib və bir müddət küçələrdə gecələməli olub. Rejissor Dipa Mehtinin “Su” filminə çəkilməklə özünə daimi yaşayış yeri tapıb. Belə ki, rejissor qonorar əvəzinə onun üçün Çarkop rayonunda kiçik ev alır. 2007-ci ildə Manorama insult keçirib və nitqə cavab verən sinirləri iflic olub. Danışıq qabiliyyətini bərpa etməyə çalışsa da, növbəti, daha güclü insult aktrisanı tam paralizə edib. Manorama 15 fevral 2008-ci ildə Mumbay şəhər hospitalında keçinib. Evi yaxınlığında yerləşən məzarlıqda torpağa tapşırılıb. Yasında cəmi 4 nəfər iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BD%D0%BE%D1%80%D0%B0%D0%BC%D0%B0_(%D0%B0%D0%BA%D1%82%D1%80%D0%B8%D1%81%D0%B0,_1926)