Maykl İmperioli

Maykl İmperioli

Aktyor, ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Ceyms Maykl İmperioli 1966-cı ildə Nyu-York ştatında Maunt-Vernonda İtaliyan-amerikan ailəsində anadan olub. Daha çox NBO kanalının “Soprano Klanı” kult kriminal-dramatik teleserialında Kristofer “Krissi” Moltisanti roluna görə tanınır. Canlandırdığı obraza görə 2004-cü ildə “Emmi” mükafatına layiq görülür və 2003, 2005-ci illərdə ən yaxşı ikinci dərəcəli kişi rolu nominasiyasında “Qızıl Qlobus” mükafatının sahibi edir. İlk dəfə gənc aktyor Martin Skorsezenin “Şərəfli oğlanlar” (1990) filmində Spayder rolu ilə diqqəti cəlb edib. O qırxdan çox filmə çəkilib, Spayk Linin: “Tropik qızdırma” (1991), “Malkolm İks” (1992), “İtələyici” (1995), “Qız № 6” (1996), “Semin qanlı yayı”(1999) və “Qoca Dəliqanlı” (2013) filmlərində rol alıb. İmperioli bir sıra - “Nyu-York polisi”, “Qanun və intizam”, “Qızlar”, “Ofis” televiziya seriallarında çəkilir. 2010-2011-ci illərdə “Detroyt 1-8-7” detektiv serialda baş rolda çəkilir. Lakin İmperioli daha çox “Soprano Klanı” kult kriminal-dramatik teleserialında Kristofer “Krissi” Moltisanti rolu ilə məşhurlaşıb. Maykl özünü prodüser, rejissor və ssenarist kimi sınamaq qərarına gəlir. Onun ilk rejissor debütü – “Ac kabuslar” dramı 2009-cu ildə böyük ekrana çıxır. Bu filmdə “Klan Soprano” serialında çəkilən aktyorlar - Stiven Şirripa, Vinsent Kuratola və başqaları yer alır. 1995-ci ildə Viktoriya Klebovski ilə ailə qurur, birgə nigahdan iki oğlan – Vadim (1997) və Devid (2001) övladı var. Maykl həyat yoldaşı ilə birgə yeni pyesləri tamaşaçılara təqdim etmək üçün kiçik teatr - Dante Studiyasını təsis edib. Asudə vaxtlarında İmperiolu taekvondo ilə məşğul olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%98%D0%BC%D0%BF%D0%B5%D1%80%D0%B8%D0%BE%D0%BB%D0%B8,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç