Culian Ovenden
Aktyor
Culian Mark Ovenden – ingilis televiziya, kino və teatr aktyorudur. Daha çox “Daunton abbatlığı” teleserialında oynadığı Çarlz Bleyk rolu ilə və “Foylun müharibəsi” teleserialında oynadığı Endrü Foyl rolu ilə tanınır. Ovenden kraliça II Yelizavetanın keçmiş kapellanı Kenon Con Ovendenin üç övladından biridir. Uşaqlığında Ovenden Müqəddəs Pavel kilsəsində oxuyub. Daha sonra İton kollecindən musiqi təqaüdü qazanıb. Təhsilini Oksfordun Nyu Kollec məktəbində davam etdirib. Opera müğənnisi olmasa da, musiqi sahəsində topladığı təcrübə və nəzəri bilgiləri musiqili tamaşalarda, səhnədə uğurlu şəkildə tətbiq edib. Ardınca təhsilini Uebber Duqlas adına Dram İncəsənət Akademiyasında davam etdirib. Ovenden opera müğənnisi Keyt Royalla evlidir. Cütlüyün 2009-cu il təvəllüdlü Conni Bo adlı oğlu var. Onlar 20 dekabr 2010-cu ildə evləniblər, təntənəli izdivac mərasimini Ovendenin atası aparıb. 2011-ci ildə cütlüyün ikinci övladı – bu dəfə Odri adlı qızları dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: