Dik Louri

Dik Louri

Rejissor

BİOQRAFİYA

Dik Louri 15 sentyabr 1944-cü ildə ABŞ-ın Oklahoma ştatında anadan olub. 1980-2000-ci illərin ən məhsuldar televiziya və kino rejissorlarından sayılır. Prestijli Kaliforniya Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra Rip Torn, Arnold Şvarsnegger, Cin Qerşon və Cerard Batler kimi ulduzlarla işləyib. Karyerasının ilk illərindən kiçik büdcə ilə böyük işlər ərsəyə gətirmək bacarığını ortaya qoyub. Kinoda rejissor debütünü 1975-ci ildə “Quraqlıq” (The Drought) adlı filmi lentə almaqla həyata keçirib. Bir il ərzində bir neçə televiziya/kino layihəsi ilə məşğul olub. Karyerası ərzində 60-dan çox film çəkib. Bir sıra uğurlu teleserialların rejissoru olub. 1998-ci ildə “Saber Riverdə son döyüş” (Last Stand at Saber River) filminə görə "Western Heritage Award" mükafatına layiq görülüb. ABŞ vətəndaş müharibəsinin sonundan bəhs edən filmdə baş rolu Tom Sellek oynayıb. 2005-ci ildən təqaüdə çıxıb. Qardaşı Hant Louri kino prodüseridir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D1%83%D1%80%D0%B8,_%D0%94%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç