Maykl Prays

Maykl Prays

Bəstəkar

BİOQRAFİYA

Maykl Prays – britaniyalı bəstəkardır. Musiqi karyerasını Surrey Universitetində başlayıb. Daha sonra Rəqs və Musiqi studiyasının musiqi üzrə rəhbəri olub. Kinoda debütünü 1991-ci ildəSomething of Mine” filmində gerçəkləşdirib. 1996-cı ildə "Paramount" şirkəti onu “Hadisələrin üfüqü” adlı filminin musiqi bölməsinə dəvət edir (elektron səslərin yaradılması üzrə mütəxəssis kimi). Həmin andan onun karyerasında yüksəliş dövrü başlayır. London, Los-Anceles və Praqada uğurlu kinolayihələrdə iştirak edir. Həmçinin ayrıca olaraq Berlin, Nyu-York və Cenevrə şəhərlərində konsertlər verir. 2001-ci ildə “Silah qardaşları” adlı mini-seriala bəstəkarlıq etdikdən sonra "New Line Cinema" onu “Üzüklərin hökmdarı: Üzüklərin qardaşlığı” (2001) filminə saundtreklər yazmağa dəvət edir. Daha sonralar “Qaçaq ev” (2004), “Hakim” (2005), “Hərc-mərcliyə aparan yol” (2007), “Agent Kraş” (2008), “Xarab qız” (2008), “Ceyran” (2009), “Sirena” (2010), “Ada” (2011), “Qorxulu Henri” (2011) və digər film və seriallara musiqi bəstələyib. 2011-ci ildə Maykl Prays “Şerlok Holms” serialına yazdığı bəstələrə görə “Emmi” və BAFTA mükafatlarına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Price_(composer)

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç