Ketrin MakFeyl

Ketrin MakFeyl

Yazıçı, ssenarist

BİOQRAFİYA

Ketrin MakFeyl 25 yanvar 1946-cı ildə Qrinok şəhərində anadan olub. Həyat özünü müxtəlif peşələrdə sınasa da sonra yazıçı olmağa qərar verib və böyük şöhrət qazanıb. İlk hekayələrindən biri Sunday Post jurnalında dərc olunub. Woman's Weekly jurnalının keçirdiyi romantik hekayə müsabiqəsində qalib gəldikdən sonra əsas qələmini başlıca olaraq romantik əsərlərə yönəldib. Ancaq ikinci romanı bitirdikdən sonra bu janrın onun ürəyinə yatmadığını qət edib. Həm uşaqlar həmdə böyüklər üçün hekayələr yazır. "BBC 2" radiostansiyasında yayımlanmış “My Mammy And Me” radio tamaşasının müəllifidir. MakFeylin ilk uşaq romanı “Qaç, Zen, Qaç” adlı romanı sayılır. Kitabı yazarkən məktəbdə təklənən və məsxərəyə qoyulan qızı Keytinin başına gələnlərdən ilhamlanıb və bir növ təhsil müəssisələrində baş verən belə hallara qarşı ictimaiyyəti məlumatlandırmağa çalışıb. 1994-cü ildə həmin romanı “Kathleen Fidler” mükafatına layiq görülüb. 2013-cü ildə onun yazdığı əsərin motivləri əsasında “Başqa mən” adlı triller ekranlara çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Catherine_MacPhail

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç