İzabel Koyşet
Rejissor, ssenarist
İzabel Koyşet 9 aprel 1962-ci ildə Barselona şəhərində (İspaniya) anadan olub. Barselona Universitetinin tarix fakültəsinin məzunudur. Ali təhsili başa vurduqdan sonra bir müddət jurnalist kimi fəaliyyət göstərib, həmçinin reklam işi ilə məşğul olub. Bu sahədə uğur qazandıqdan sonra bir neçə reklam agentliyi təsis edib. Reklam çarxları və musiqi videoklipləri çəkir. Rejissor debütünü “Baxsan görərsən” (1984) qısametrajlı filmi ilə gerçəkləşdirib. Kinolarında beynəlxalq aktyor heyəti ilə çalışır. Dünya səviyyəsində 2003-cü ildə çəkdiyi “Mənsiz həyatım” adlı dramı ilə məşhurlaşıb. “Sənə demədiklərim” (1996), “Mənsiz həyatım” (2003, Berlin kinovestivalının xüsusi mükafatını qazanıb), “Sözlərin gizli həyatı” (2005, dörd “Qoya”, iki Barselona kinofestivalı mükafatını qazanıb), “Paris səni sevirəm” (2006), “Gözəgörünməzlər” (2007, sənədli film, “Qoya” mükafatı qazanıb), “Elegiya” (2008), “Tokio səslərinin xəritəsi” (2009), “Qarson hakimi dinləyərkən” (sənədli, 2011), “Sabah heç vaxt bitməz” (2013, Malaqa kinofestivalının xüsusi mükafatını qazanıb), “Gecə heç kimə lazım deyil” (2015), “Kitab dükanı” (2017) filmlərinin rejissoru olub. Çoxsaylı “Qoya” kino mükafatının laureatıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: