Gil Kinan

Gil Kinan

Rejissor

BİOQRAFİYA

Gil Kinan 16 oktyabr 1976-cı ildə İngiltərənin paytaxtı Londonda anadan olub. Üç yaşı olanda ailəsi Tel-Əvivə köçüb. Səkiz yaşında isə ABŞ-ın Los-Anceles şəhərində məskunlaşıblar. Los-Ancelesin Kaliforniya Universitetinin kinematoqrafiya bölməsində ali təhsil alıb. Daha sonra 2002-ci ildə animasiya üzrə magistr dərəcəsi əldə edib. Diplom işi olaraq “The Lark” adlı 10 dəqiqəlik qısametrajlı filmini çəkir. Həmin film "Creative Artists Agency" şirkətinin assistenti Cordan Belmerin diqqətini cəlb edir. Agentlik həmin filmin 100 surətini müxtəlif kino şirkətlərinə və prodüserlərə dağıdır. Tanınmış rejissor Robert Zemekis onun dəsti-xəttini bəyənərək 2006-cı ildə ilk bədii filmi olan “Bədheybət evin” çəkilişlərinə dəvət edir. Daha çox “Bədheybət Ev” (Monster House, 2006), “Potergeyst” (Poltergeist, 2015), “Ember şəhəri: Qaçış” (City of ember, 2008) filmlərinin rejissoru kimi tanınır. Karyerası ərzində ümumilikdə 4 film və seriala rejissorluq edib. 2016-cı ildə “Haray” (Scream) serialının 1 epizodunu çəkib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1481493/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç