Dilan MakDermott

Dilan MakDermott

Aktyor

BİOQRAFİYA

Mark Entoni Makdermott 26 oktyabr 1961-ci ildə Konnektikut ştatının Uoterberi şəhərində (ABŞ) Diana və Riçard Makdermotların ailəsində anadan olub. Atası irland əsillidir, anası isə italiyan, ingilis, irland və fransız kökənlidir. Mark anadan olanda anasının 15, atasının isə 17 yaşı var idi. 1967-ci ildə valideynləri boşanıb və Mark bacısı Robinlə birlikdə anası ilə qalıb. Ancaq anası 9 fevral 1967-ci ildə güllələnir. İlkin istintaq zamanı onun bədbəxt hadisə nəticəsində həlak olduğu güman edilsə də, araşdırmadan sonra onunla vətəndaş nikahında olan Con Spons adlı şəxs şübhəli şəxs qismində saxlanılıb. Spons isə əmin edirdi ki, sevgilisi silahı təmizləyən zaman ehtiyatsız davranması nəticəsində özünü güllələyib. Sonda Sponsun mütəşəkkil cinayətkar dəstə ilə əlaqələri üzə çıxıb. 1972-ci ildə onun güllələnmiş meyiti dayanacaqda olan avtomobilin baqajında aşkarlanıb. Anası həlak olan vaxt Markın 5 yaşı var idi. Ona görə də ana nənəsi onu və azyaşlı bacısını öz qəyyumluğuna götürür. Böyük ekranlarda debütünü 1989-cu ildə “Qasırğa” filmində oynadığı epizodik rolla gerçəkləşdirib. Daha sonra “Atəş Xəttində” oynadığı rolla məşhurlaşıb. Karyerasında yüksəliş dövrü “Təcrübə” serialından sonra başlayır. Daha çox “Amerikanın qorxu tarixi” və “Təcrübə” (1997-2003) teleserialında oynadığı rolla məşhurlaşıb. Sonuncu rol ona “Qızıl Qlobus” mükafatını qazandırıb. 1998-ci ildə “People” jurnalının versiyasına görə “Dünyanın ən yaraşıqlı 50 insanı” siyahısına daxil edilib. Şəxsi həyatına gəlincə 1995-2007-ci illər ərzində aktrisa Şiva Rouzla nikahda olub. Həmin nikahdan Kolett və Şarlott adlı iki qızı var. 2015-ci ilin fevral ayından “Stalker” serialında tanış olduğu Meqqi Kyü ilə nişanlanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%B4%D0%B5%D1%80%D0%BC%D0%BE%D1%82%D1%82,_%D0%94%D0%B8%D0%BB%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç