Tea Leoni
Aktrisa
Tea Pantaleoni 8 fevral 1966-cı ildə ABŞ-ın Nyu-York şəhərində Emili Patterson və Entoni Pantaleoni ailəsində dünyaya gəlib. Uşaqlığını Nyu Cersi ştatının İnqlvud şəhərində və Nyu-York şəhərində keçirib. Nyu-York şəhərinin Brirli və Vermont ştatının Patni məktəblərinin məzunu olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Nyu-York ştatının "Sarah Lourens" kollecinə daxil olub. Kollecdə antropologiya və psixologiya kateqoriyaları üzrə təhsil almağa başlayır. Tea Leoni burada təhsilini tam başa vura bilmədi. Bu müddətdə səyahətini Yaponiya və İtaliyada keçirib. 1989-cu ildən etibarən seriallara və filmlərə çəkilir. Həmin ildə dövrünə görə populyar olan "Santa Barbara" teleserialının 6 epizodunda iştirak edib. 1990-cı illərdən başlayaraq seriallarla yanaşı bir çox filmlərdə iştirak etməyə başlayır. Tea Leoni Nol Cozef Tardio-kiçik adlı televiziya prodüseri ilə 1991-1995-ci illər ərzində evli olub. Boşandıqdan bir müddət sonra aktyor Devid Duxovni ilə 1997-ci ildə evlənir və 2008-ci ildə boşanır. 2009-cu ildə barışırlar, lakin 2014-cü ildə artıq rəsmi olaraq boşanırlar. 27 oktyabr 2006-cı ildə Tea Leoni "Life" jurnalına müsahibəsində bildirmişdi ki, ata tərəfdən nənəsi olan Helenka Pantaleoni 25 il ərzində ABŞ-ın "UNICEF" fondu təşkilatının prezidenti olduğuna görə "UNICEF" təşkilatının xoşməramlı səfiri seçilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tea_Leoni