Den Bаkkedal

Den Bаkkedal

Aktyor, prodüser

BİOQRAFİYA

Den Bakkedal 18 noyabr 1969-cu ildə Minnesota ştatının Roçester şəhərində doğulub. Uşaqlığı Floridanın Stüart şəhərində keçib. Norveç əsillidir. Çikaqonun “İkinci Şəhər” teatrının improvizasiya aktyorudur. “Hər şey normaldır” adlı komediya serialında oynadığı Stiv Nancent və HBO telekanalının “Vitse-prezident” serialında konqresmen Rocer Förlonq rolu ilə məşhurlaşıb. Buna qədər 2005-2007-ci illərdə Con Stüartlar “The Daily Show” proqramında müxbir işləyib. “Ətəkli polislər” (2013), “Böyüklərin məhəbbəti” (2012), “Bomba mühafizəçi” (2009) və digər filmlərin, “30 həyəcan” (2006-2013), “Ofis” (2005-2013) və digər serialların, “Mortal Kombat: Shaolin Monks" (2005) video oyunun yaradılması və səsləndirilməsində iştirak edib. 2003-cü ildə Den İrina Bakkedalla ailə qurub. Cütlüyün iki övladı var. Daha çox “Trambo” (2015), “Ətəkli polislər” (2013) filmləri və “Vitse-prezident” (2012-2017), “Həyatın xırdalıqları” (2015-2018) seriallarında oynadığı rollara görə tanınır. Yaradıcı arsenalında 64 televiziya və kino rolu var. 2018-ci ildə “Erkən Evlilik” (Married Young) filminə çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%BA%D0%BA%D0%B5%D0%B4%D0%B0%D0%BB%D1%8C,_%D0%94%D1%8D%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç