Maykl Qledis
Aktyor, prodüser
Maykl Ceyms Qledis 30 avqust 1977-ci ildə Texas ştatının Hyüston şəhərində anadan olub. Konnektikut ştatının Farminqton şəhərində, satış və marketinq üzrə agentin ailəsində böyüyüb. 1995-ci ildə Farminqton orta məktəbini bitirib. Bölgənin ən nüfuzlu qızlar məktəbi sayılan Miss Porter məktəbində teatr tamaşalarının hazırlanmasında könüllü olaraq iştirak edib və müxtəlif rollara çəkilib. Daha sonra Alfred Universitetinin nəzdində fəaliyyət göstərən incəsənət və dizayn ali məktəbinə daxil olub. Ancaq təhsilini başa vurmamış Nyu-York ştatının universitetinə köçürülüb. 1999-cu ildə həmin ali təhsil ocağında bakalavr diplomunu əldə edib. “Dəliqanlılar” serialına qədər “Üçüncü növbə” serialının dörd epizoduna Yucin Rossi roluna çəkilib. Daha əvvəl isə Adult Swim telekanalında nümayiş olunan “Qartal ürəyi” komediya serialında rol alıb. Qledis eyni zamanda “Qarşılıqlı təsir” və “Qanun və Qayda: Xüsusi korpus” serialının bəzi epizodlarında görüntülənib. L.A. Noire video oyununda Dadli Linç adlı personajı səsləndirib. 2002-ci ilin blokbasterlərindən sayılan “K-19” döyüş filmində böyük matros Yevgeni Borzenkov obrazını yaradıb. “Terminator: Genezis” fantastik trillerində leytenant Matias rolunda çıxış edib. 2010-cu ildə aktrisa Bet Berslə görüşməyə başlayıb. 2016-cı ilin iyul ayında onlar nişanlanıblar, 2018-ci ildə isə münasibətlərini rəsmiləşdiriblər. Daha çox AMC telekanalında yayımlanan “Dəliqanlılar” teleserialında Pol Kinsi roluna görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BB%D1%8D%D0%B4%D0%B8%D1%81,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB