Süzi Essman
Aktrisa
Süzan “Süzi” Essman 31 may 1955-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Uşaqlığı Nyu-Yorkun şəhər kənarında yerləşən Maun-Vermont qəsəbəsində keçib. Atası Leonard Essman, həkim-terapevt olub və 2001-ci ildə vəfat edib. Anası "Sarah Lawrence" adına kollecdə rus dilindən dərs deyib. Nyu-York Dövlət Universitetində bakalavr dərəcəsi əldə edib. “Untitled Susie Essman Project” (2005) filminə, "Caroline`s Comedy Hour" (1989-1990) serialına ssenari yazıb. “Mühasirə” (1998), “Həmin adam” (2005), “Vulkan” (1997) filmlərinin, həmçinin “Qanun və Qayda: Xüsusi korpus” (1999-2016), “Qanun və Qayda” (1990-2010) çəkilişləri və səsləndirilməsində iştirak edib. “Bolt” (2008), “Danışan kuklalar” (2002-2007), “Macəra zamanı” (2010-2016) və digər cizgi filmlərində müxtəlif personajları səsləndirib. Kinofilmlərə və teleseriallara epizodik rollara çəkilsə də, animasiya sahəsində öz sözünü demiş səs aktrisasıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_28731/susie-essman