Benua Jako
Rejissor, ssenarist, aktyor
Benua Jako 5 fevral 1947-ci ildə Parisdə anadan olub. Karyerasına 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində rejissorlar Bernar Borderi, Marqerit Düras, Marsel Karne və Roje Vadimin köməkçisi olaraq başlayıb. İlk müstəqil rejissor işi F.M. Dostoyevskinin əsərinin motivləri əsasında çəkdiyi “Qatil-musiqiçi” filmidir. Baş rola Anna Karina çəkilib. Rejissor “Göyərçinin qanadları” (1981) filmindən sonra məşhurlaşıb. Həmin filmdə İzabel Yupper baş rolu ifa edib. 2003-cü ildə Kovent-Qarden Kral Teatrında Jül Massnenin “Verter” operasının quruluşçu rejissoru olub. Daha sonra çəkdiyi “Bircə qalmaqal salma” filmi 1999-cu ildə 56-cı Venetsiya Kinofestivalında konkurs proqramında iştirak edib. “Əlvida mənim kraliçam” filmi 2013-cü ildə on “Sezar” mükafatı nominasiyası qazanıb. 2012-ci ildə 62-ci Berlin Beynəlxalq kinofestivalı həmin filmin premyerası ilə açılıb. 2015-ci ildə məşhur fransız romanının motivləri əsasında “Xadimənin gündəliyi” filmini lentə alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%96%D0%B0%D0%BA%D0%BE,_%D0%91%D0%B5%D0%BD%D1%83%D0%B0