Vensan Lindon

Vensan Lindon

Aktyor

BİOQRAFİYA

Vensan Lindon – fransalı aktyor, rejissor və ssenaristdir. Kinoda daha çox “Bazar qanunu” (The Measure of a Man, 2015), “Nifrət” (La Haine, 1995), “Xadimənin gündəliyi” (2015), “Hər şey ona görə” (Pour Elle, 2008) filmlərində oynadığı rollara görə tanınır. IMDB məlumat bazasına görə, karyerası ərzində 73 televiziya və kino rolu alıb. 1990-1995-ci illərdə Lindon Monako şəhzadəsi Karolina ilə vətəndaş nikahında olub. Daha sonra fransız aktrisa Sandrin Kiberlinlə evlənib. Hazırda onlar boşanıblar. Vensan Lindon Klod Şirak və Patrik Brüel kimi fransalı tanınmış aktyorların dostudur. Ən əlamətdar filmi “Tələbə qız” filmi sayılır, həmin filmdə tərəf-müqabili Sofi Marso olub. 1993-2013-cü illərdə beş dəfə “Sezar” mükafatına namizəd olsa da, heç vaxt qalib gəlməyib. Yalnız 2016-cı ildə “Bazar qanunu” filmində canlandırdığı obraza görə altıncı cəhddən “Sezar” mükafatını əlinə götürə bilib. 2013-cü ildə 39-cu Dovil kinofestivalında münsiflər heyətinin prezidenti olub. 2015-ci ildə “Bazar qanunu” filmində oynadığı rola görə ən yaxşı aktyor nominasiyasında Kann Kinofestivalına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%BD%D0%B4%D0%BE%D0%BD,_%D0%92%D0%B5%D0%BD%D1%81%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç