Ticey Həssən
Aktyor
Ticey Həssən – britaniyalı televiziya, teatr və kino aktyorudur. Televiziya və müstəqil kinoda, o cümlədən, “Vətən” (Homeland, 2012), “Yerlərin mübadiləsi” (Change-Up, 2011), “48 Saat” (2013), “Kuantiko bazası” (2015) filmlərində aldığı ikinci dərəcəli rolları ilə tanınır. Yaradıcı arsenalında ümumilikdə 19 televiziya və kino rolu var. Son olaraq 2016-cı ildə “Qısa yol” teleserialına 2018-ci ildə isə “Keçid” adlı qısametrajlı filmə çəkilib. Debüt rolunu 2008-ci ildə rejissor Cerri Zaksın “Kimi sevirsən?” adlı bioqrafik dramında oynayıb; məşhur bluz ifaçısı Lonni Conson obrazını canlandırıb. “Lifetime” telekanalında “Hərbçi arvadları”, “Comedy Central” kanalında “Xəfiyyə Çiko Çabs””seriallarına çəkilib. Bundan başqa ABC telekanalında yayımlanan “Mənim gələcək sevgilim” serialında görüntülənib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: