Şeyn Blək

Şeyn Blək

Rejissor

BİOQRAFİYA

Şeyn Blək 16 dekabr 1961-ci ildə Pensilvaniya ştatının Pittsburq şəhərində (ABŞ) dünyaya gəlib. Uşaqlığı doğma şəhərində keçib. Atası kollec yığmasının futbol ulduzu olub. Futbol karyerasını bitirdikdən sonra öz tipoqrafiyasını açıb. Ailə daha sonra Kaliforniya ştatının Fullerton şəhərinə köçüb. Şeyn orada Sanni Hilz məktəbini bitirib. Ardınca təhsilini Kaliforniya Universitetində davam etdirib, teatr sənəti üzrə ali təhsil alıb. 1983-cü ildə məzun olub. Aktyor karyerasını qura bilməyib, televiziya və kinoda rol almağa nail olmayıb. Rol axtarışını davam etdirdiyi dönəmdə dostu Fred Dekker, ona özünü ssenarist ampluasında sınamağı tövsiyə edib. Əlinə çap maşını alaraq ilk ssenarisi üzərində işə başlayıb. Artıq 23 yaşında olanda altı həftə ərzində ssenarist qismində artıq ikinci işini – “Öldürücü silah” blokbasterinin ssenarisini yekunlaşdırır. Onun agenti Devid Qrinblatt ssenarini 3 gün ərzində atır. Film uğurlu və gəlirli franşizanın əsasını qoyur. Mel Gibsonun super ulduza çevrilməsində böyük rol oynayır. Blək 2006-cı ildə Ostin kinofestivalında kino sahəsindəki nailiyyətlərinə görə, “əməkdar ssenarist” nominasiyası üzrə mükafata layiq görülüb. 2005-ci ildə “Kiss Kiss Bang Bang” filminə yazdığı ssenariyə görə San-Dieqo Kino Tənqidçiləri Assosasiyasının mükafatını qazanıb. 2009-cu ilin fevral ayında Bləkin keçmiş sevgilisi onu məhkəməyə verərək, faktiki nikahda olduqları dönəmdə Bləkin ona fiziki xəsarətlər yetirdiyini, döydüyünü, boğduğunu, təpiklədiyini hətta bir an güllələmək belə istədiyini iddia edib. 2009-cu ilin mart ayında Blək qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib və keçmiş sevgilisinin narkotik vasitələrin təsiri altında olduğunu əmin edib. 1980-1990-cı illərdə bir çox Hollivud blokbasterlərinin, xüsusilə kəskin süjetli döyüş filmlərinin ssenari müəllifi olub. Daha çox Mel Gibsonun baş rola çəkildiyi “Öldürücü silah” döyüş filmi və onun sikvelləri və Brüs Üillisin baş rol aldığı “Sonuncu Boyskaut” filmi üzərində gördüyü işə görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BB%D1%8D%D0%BA,_%D0%A8%D0%B5%D0%B9%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç