Şon Beyker

Şon Beyker

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Şon Beyker 26 fevral 1971-ci ildə Nyu-Cersi ştatının Sammit şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Nyu-York Universitetinə daxil olaraq orada kino sənətini öyrənib. 2000-ci ildə debüt tammetrajlı filmini (Four Letter Words) çəkib. Filmdə rejissorluqdan savayı həm ssenarist, həmdə montajçı qismində iştirak edib. Bir müddətdən sonra rejissor Sou Şi-Çinlə birlikdə ikinci filmi “Take Out” dramının çəkilişlərinə başlayıb. Film Sandens, Asiekspo, Buenos-Ayres kinofestivallarında nümayiş olunub, tənqidçilərin müsbət rəylərini qazanıb. 2002-ci ildə onun yazdığı ssenari əsasında Fox telekanalında “Dovşan Qreq” adlı serial ekranlara çıxıb. Serialın uğurundan sonra IFC telekenalında da yayımlanıb. Üçüncü bədii filmi “Brodvey şahzadəsi” adlanır və Los-Anceles kinofestivalında nümayiş olunub. Kinoteatrlarda 2010-cu ildə məhdud nümayişə çıxarılıb. Daha sonra Beyker Spenser Çin və Den Milano ilə “Dovşan Qreq”in spinoff-unu yaradıb. Serial “MTV” telekanalında nümayiş olunub. Ancaq gözləntiləri doğrultmayıb və aşağı reytinqlərə görə 12 epizoddan sonra bağlanıb. Daha sonra “Naringi” filmini ərsəyə gətirib. Maraqlıdır ki, qeyd olunan filmin bütün çəkilişləri iPhone 5S-lə aparılıb. Dünya premyerası 23 yanvar 2015-ci ildə Sandens Kinovestivalında nümayişə çıxarılıb. 2017-ci ildə isə rejissor karyerasının ən uğurlu işlərindən sayılan “Florida Layihəsini” lentə alıb. Çəkiliş heyətinə Uillem Defo kimi tanınmış aktyoru cəlb edə bilib. Film çoxsaylı kinomükafatlarla təltif olunub və tənqidçilərin etimadını qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/shon_beiker/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Montaj
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç