Oluen Fuer
Aktrisa
Oluen Fuer – britaniyalı teatr və kino aktrisası, teatr rejissoru və ssenaristidir. İrlandiya sahillərində doğulub. Atası Yan Fuer breton millətçisi və avropalı federalist olub. Fransanın 1945-ci ildə azad edilməsindən sonra Fransadan qaçıb və İrland vətəndaşlığını qəbul edib. Fuer Kelt liqasının təsisçilərindən biri olub və 101 yaşında dünyasını dəyişib. Oluen Fuer 1980-ci ildə bəstəkar Rocer Doylla birlikdə avanqard teatr şirkətini təsis edib. Elə həmin il aktrisa böyük ekranlarda debütünü edib; Kelvin Floydun “Ölüm yuxusu” filminə çəkilib. Daha sonra “İkinci ekran”, “Ballikissencel” və “Şübhədən kənar” kimi reytinqli britaniya seriallarında görüntülənib. 2016-cı ilin aprel ayında Oluen Fuer Dublin Şəhər Universitetində fələsəfə doktoru adını qazanır. 2018-ci ildə Nikolas Keycin baş rola çəkildiyi “Menli” trillerində Marlenin anası obrazını canlandırıb. Həmçinin rejissor Devid Yetsin “Fantastik məxluqlar: Qrin-de Vald cinayətləri” filmində Malüzina roluna çəkilib. Kino karyerası ilə yanaşı İrlandiya, Fransa, İngiltərə və ABŞ-da teatr fəaliyyətini davam etdirir, həm aktrisa olaraq çəkilir həm də rejissor olaraq tamaşalar qoyur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: