Hezer Eyncel

Hezer Eyncel

Aktrisa

BİOQRAFİYA

Hezer Eyncel 9 fevral 1909-cu ildə Oksford şəhərində (İngiltərə) anadan olub. Uşaqlığı Banberi şəhəri yaxınlığında yerləşən fermada keçib. 1926-cı ildə Old Vik səhnəsində teatr debütünü gerçəkləşdirib. Ardınca teatr truppası ilə bir sıra qastrol səfərlərində iştirak edib. 1931-ci ildə Eyncel “Şəhər mahnısı” filmində aldığı rolla ilk dəfə böyük ekranlarda görüntülənib. 1930 və 1940-cı illərdə daha çox Hollivudun kinolayihələrində iştirak edib. “İnformator” (1935), “Üç muşketyor” (1935), “Sonuncu Mogikan” (1936), “Qürur və Qərəz” (1940), “Yarım-günahkar” (1940), “Şübhə toxumu” (1941), “Xilasedici qayıq” (1944) kimi Hollivud filmlərində müxtəlif rollar alır. 50-ci illərin əvvəllərində "Disney" studiyası ilə əməkdaşlığı başlayır. Eyncel “Alisa Möcüzələr Diyarında” (1951) və “Piter Pen” (1953) cizgi filmlərinin səsləndirilməsində iştirak edir. Bundan savayı “Perri Meyson”, “Peyton-Pleys” və “Ailə məsələsi” kimi seriallarda da rol alır. Aktrisa 3 dəfə ərdə olub. Onun aktyorlar Henri Vilkokson və Ralf Fobrsla ilk evlilikləri uzun çəkməyib. Üçüncü həyat yoldaşı rejissor Robert B. Sinkler olub. 1970-ci ildə evlərinə oğru girən zaman Eynceli müdafiə etməyə çalışan zaman oğru ərini onun gözləri qarşısında öldürüb. Billi Hanter adlı həmin cinayətkar hadisə yerindən qaçsa da çox keçmədən həbs edilib. Hezer Eyncel özü isə 1986-cı ildə 77 yaşında xərçəngdən dünyasını dəyişib. ABŞ kinematoqrafiyasına verdiyi töhfələrə görə Hollivudun şöhrət xiyabanında onun adını daşıyan ulduz lövhəsi var.

Ətraflı məlumat üçü aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%B9%D0%BD%D0%B4%D0%B6%D0%B5%D0%BB,_%D0%A5%D1%8D%D0%B7%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç