Bill Tompson

Bill Tompson

Aktyor

BİOQRAFİYA

Bill Tompson 8 iyul 1913-cü ildə ABŞ-ın İndiana ştatının Terre Hot şəhərində sənətçi ailəsində dünyaya göz açıb. İlk iş yeri Çikaqo radiosu olub, 1934-cü ildə Don McNeill's Breakfast Club verilişini aparıb. 1936-1946-cı illər ərzində “Hoqqabaz Makqi və Molli” radio komediyasında “Old taymer” və digər personajları səsləndirib. 1943-cü ildə Tompson hərbi donanmada xidmətə yazılıb. Müharibə ilə əlaqədar aktyor karyerasında 3 illik fasilə yaranıb. Müharibə başa çatdıqdan sonra 50-ci illərin sonlarına kimi radioda fəaliyyətini davam etdirib, eyni zamanda "Disney" studiyası ilə əməkdaşlığa başlayıb. Bir neçə cizgi filmi, o cümlədən "Piter Pen"in (1953) səsləndirilməsində iştirak edib. 21 fevral 1950-ci ildə Meri Marqaret Makbraydla ailə qurub. Mənbələr onu çox vaxt eyni adlı tanınmış yazıçı və radioaparıcı ilə səhv salırlar. Yazıçı Makbrayd Tomspondan 14 yaş böyük olub və heç vaxt ərdə olmayıb. Bill Tompson 15 iyul 1971-ci ildə 58 yaşında septik şokdan dünyasını dəyişib. Onun cəsədi kremasiya olunaraq külü Sakit Okeana səpilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%BE%D0%BC%D0%BF%D1%81%D0%BE%D0%BD,_%D0%91%D0%B8%D0%BB%D0%BB_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç