Hans Konrid
Aktyor
Hans Konrid 15 aprel 1917-ci ildə Baltimor şəhərində (ABŞ) anadan olub. Anası Edit Beril Konnektikut ştatından olub və ABŞ-ın ilk müstəmləkəçilərinin nəslindən olub, atası Avstriyanın Vyana şəhərindən gəlmiş yəhudi mühacir olub. Hansın uşaqlığı doğma Baltimor şəhərində və Nyu-Yorkda keçib. Kolumbiya Universitetində aktyor sənətinin incəliklərini öyrənib. Aktyor karyerasına aparan yol teatr səhnəsindən keçib. Kinoya gəlişinə qədər səhnədə bir sıra klassik rollarda çıxış edib. Daha sonra isə bir müddət radio stansiyalardan birində çalışıb. Eyni zamanda “Mercury Theatre Company” müstəqil teatr truppasının üzvü olub. 1944-cü ildə hərbi xidmətə yazılaraq, İkinci dünya müharibəsində iştirak edib. 1953-cü ildə Brodvey səhnəsində debütünü edib, “Kankan” müziklında səhnəyə çıxıb. Oynadığı rolla rejissor və prodüserlərin diqqətini cəlb edib, eyni zamanda altı kinolentdə rol alıb (o cümlədən, “Twonky” fantastik komediyasında və “Doktor T-nin 5000 barmağı” fentezi-müziklında. Bordveydə '70, Girls, 70' və 'Irene' kimi populyar tamaşalarda iştirak edib. Aktyor qəfil ölümünə qədər aktyor fəaliyyətində aktiv olub. Bir neçə dəfə infarkt keçirən Konrid 5 yanvar 1982-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib. Şəxsi həyatına gəlincə 29 yanvar 1942-ci ildə Marqaret Qrantla evli olub və ömrünün sonuna kimi onunla yaşayıb. Cütlüyün nikahdan 4 övladı var. Disney studiyasının “Piter Pen” (1953) cizgi filmində antaqonist “Kapitan Huku” səsləndirdiyinə görə şöhrət qazanıb. Bundan başqa “Ata üçün yer saxlayın” sitkomunda Tonus əmi rolu ilə yaddaşlarda qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: