Katrin Bomont

Katrin Bomont

Aktrisa

BİOQRAFİYA

Ketrin Bomont 27 iyun 1938-ci ildə İngiltərənin paytaxtı Londonda sənətçi ailəsində anadan olub. Anası peşəkar rəqqasə, atası müğənni olub. Cənubi Kaliforniya Universitetinin məzunudur. Təhsilini başa vurduqdan sonra bir müddət Los-Anceles ibtidai məktəblərindən birində müəllimə işləyib. Bədii filmdə debütünü 1944-cü ildə istehsal olunmuş “Bir bazar günü” filmində aldığı epizodik rolla gerçəkləşdirib. Filmdə göstərdiyi aktrisalıq məharəti «Metro-Goldwyn-Mayer” kinostudiyasının diqqətindən yan keçməyib və ona müqavilə təklif olunub. Bomont Los-Ancelesə köçdükdən sonra "Walt Disney Pictures" şirkətinin "Alice in Wonderland" (1951) cizgi filminin kastinqində iştirak edir və Alisa rolunu qazanır. Səsləndirdiyi personaj ona böyük uğur gətirir və karyerasına öz möhürünü vurur. 2 il sonra isə Piter Pen cizgi filmində Uendi Darlinqi səsləndirir. Daha çox Disney studiyasının istehsal etdiyi cizgi filmlərində səsləndirdiyi personajlarla, o cümlədən “Alisa Möcüzələr Diyarında” (1951) Alisa və “Piter Pen” (1953) cizgi filmində isə Uendi Darlinq obrazını səsləndirməsi ilə yaddaşlarda qalıb. Sonuncuya görə 1998-ci ildə “Disneyin canlı əfsanəsi” adını qazanıb. Studiyanın yaradıcısı, məşhur multiplikator və prodüser Uolt Disney 1948-ci ildə ekranlara çıxan “Adada, sənlə birgə” filmindəki çıxışından sonra Bomontu bəyənərək, ona müqavilə təklif edib. Disney studiyasının “Miki Mausun Evi” (2001-2003) adlı cizgi serialında Bomont yenidən 2 epizodda Alisa personajını səsləndirib. 2002-ci ildə isə Kingdom Hearts video oyununda həm Alisa həm də Uendi obrazlarını canlandırıb (səs aktyoru olaraq).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Kathryn_Beaumont

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç