Bobbi Driskoll

Bobbi Driskoll

Aktyor

BİOQRAFİYA

Bobbi Driskoll 3 mart 1937-ci ildə Sidar Rapids şəhərində anadan olub. İzolasiya materialları satan Kletas Driskoll və keçmiş məktəb müəlliməsi İzabel Kratsın yeganə ölvadıdır. Onun doğulmasından sonra ailəsi De-Moyn şəhərinə köçüb, orada 1943-cü ilə kimi yaşayıblar. Sonradan Klitas onu müalicə edən həkimin (azbestlə çox işlədiyindən ağ ciyər xəstəliyindən əziyyət çəkirdi) tövsiyyəsi əsasında ailəsini də götürüb dəniz kənarında yerləşən Los-Ancelesə köçür. 1956-cı ildə gənc Driskoll və onun sevgilisi Merilin Cin Raş valideynləri etiraz etməsin deyə evlənmək üçün Meksikaya qaçıblar. Cültük bir il sonra Los-Ancelesdə toy edib. Birgə nikahdan 3 uşaqları doğulub. Ancaq nikahları möhkəm olmayıb. Onlar əvvəl ayrılıblar sonra, rəsmi şəkildə 1960-cı ildə boşanıblar. 1967-ci ilin sonlarında Bobbi “The Factory” studiyasını tərk edir və cibində pulu qurtardığından Manhettenin yoxsul məhəllələrindən birinə köçür və ondan bir neçə ay xəbər-ətər olmur. 1943-1960-cı illərdə Amerika televiziya və kinematoqrafiyasının ən parlaq simalarından sayılıb. Daha çoxThe Walt Disney Company” studiyasının çəkdiyi cizgi filmləri və bədii filmlərdə, o cümlədən “Cənubun mahnısı” (1946), “Qəlbimə əziz” (1948), “Xəzinələr adası” (1950), “Piter Pen” (1953) oynadığı rollara və səsləndirdiyi personajlara görə tanınır. 1953-cü ildə ekranlara çıxan “Piter Pen” cizgi filmində baş qəhrəmanın obrazının prototipi əsasında yaradılıb. Driskoll eyni zaman Piter Peni səsləndirib. 1950-ci ildə kino sahəsindəki nailiyyətlərinə görə gənclərin “Oskar” mükafatı ilə təltif olunub. 1950-ci ilin ortalarında Driskollun populyarlıq səviyyəsi kəskin şəkildə aşağı düşüb. Yalnız ara-sıra bir neçə teleşouda görüntülənib. Uşaq rollarından böyük rollarına keçidi iflasa uğradığından aktyor karyerasını dayandırmalı olub və avanqard incəsənətə əsas diqqətini yönəldir. Ancaq yeniyetmə yaşlarında narkotik vasitə alüdəçisi olduğuna görə toksikomaniyadan əziyyət çəkib və səhhətinə fikir verməyib. 30 mart 1968-ci ildə 31-ci ad günündən üç həftə sonra onun meyiti iki yeniyetmə tərəfindən İst-TenStrit küçəsi 371 ünvanında yerləşən atılmış mənzildə aşkarlanıb. Cansız bədəninin yanında bir neçə boşa pivə butulkası və dini broşurlar olub. Maraqlıdır ki, onun meyitinin tapıldığı yerdən 2 kilometr aralıda bir vaxtlar ona uşaq “Oskar”ı qazandırmış “Pəncərə” filminin çəkilişləri aparılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D1%80%D0%B8%D1%81%D0%BA%D0%BE%D0%BB%D0%BB,_%D0%91%D0%BE%D0%B1%D0%B1%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç