Oliver Uolles

Oliver Uolles

Bəstəkar

BİOQRAFİYA

Oliver Uolles 1887-ci ildə Londonda (İngiltərə) anadan olub. Uolles London konservatoriyasında musiqi təhsili alıb. 1904-cü ildə təhsili başa vurduqdan sonra ABŞ-a köçüb və Birləşmiş Ştatların vətəndaşlığını əldə edib. Amerikada Oliver Uolles görkəmli multiplikator Uolt Disneylə tanış olur və karyerasının sonuna kimi onunla əməkdaşlığı davam etdirib. Oliver Uollesin musiqisi Disney studiyasının istehsalı olan əksər animasiya filmlərində (Uolt Disneyi sağ olduğu müddətdə) o cümlədən, “Piter Pen”, “Zoluşka”, “Vəhşi cəngəllik pişiyi”, “İnanılmaz Səyahət” kimi cizgi filmlərinə bəstəkarlıq edir. Çəkiliş meydançalarında Emil Jene, Fletçer Markl, Con Dreyni, Ceyms Elqar kimi öz vaxtının ulduzları ilə əməkdaşlıq edib. Disney studiyasında 27 il çalışıb. 15 sentyabr 1963-cü ildə 76 yaşında dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/oliver_wallace/

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç