Uolt Disney

Uolt Disney

Prodüser, rejissor, multiplikator

BİOQRAFİYA

Uolt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland, ingilis və alman əsilli çox kasıb bir ailədə dünyaya göz açıb. 1919-cu ildən etibarən Kanzas Siti şəhərində karikatura rəssamı işləyib. Daha sonralar Disney reklam kampaniyasına daxil olur və burada Y. Ayverksomla birgə işləməyə başlayır. Onlar bir yerdə Disneyin məşhur qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm karikaturaları çəkərək "Gülməyin qramı" adlı film yaratmışlar. Bu formada ilk reklam çarxları fəaliyyətə başlamışdır. Bundan sonra Uolt Disney özünün çox da böyük olmayan "Laf-o qramz" adlı şəxsi kompaniyasını yaradıb. Uolt Disney rəsmlərdən ibarət nağıl filmləri olan "Göyçək Fatma", "Qırmızı papaq", "Çəkməli pişik" və başqalarını böyük ustaqlıqla yaradır. İki hissədən ibarət olan cizgi filmə bənzəyən "Alisa möcüzələr ölkəsində" adlandırır. Tam hissəsini isə aktyorlar və rəsm çəkənlər tuturdu. Həmçinin "Osvald – xoşbəxt dovşan" kimi yeni bir film də işıq üzü gördü. Disneyin "Dəlicəsinə təyyarə" adlı filmində yeni personaj olan Mikki Maus siçanı meydana çıxdı. Tamamilə öz xarakterini səsli film olan "Paraxod Villi" cizgilərində əks etdirdi. Bu tipli cizgi film 1928-ci ildə yaradılıb. 1932-ci ildə Disney Mikki Maus personajının yaradılmasına görə "Oskar" mükafatına layiq görüldü. XX əsrin 30-cu illərinin əvvəllərində Disneyin rəssamlıq metodları inkişaf etdi və bu orta amerikanların psixologiyasına güclü təsir edirdi. Xüsusən heyvanlar üzərində yaradılan personajlar daha çox maraq obyektinə çevrilirdi. Disney amerika cizgi filmlərini qeydiyyatdan keçirməyə başladı və burada M. Sennetta adlı gülməli ənənələri özündə birləşdirən məktəb açıldı. O, ilk dəfə olaraq cizgi filmlərdə nəzərə çarpan dərəcədə hərəkətə gətirmə proseslərini yerinə yetirdi. Onun rəssamları böyük fantaziyaya malik insanlar idi, buna görə də hərəkətlərin edilməsi üzərində işləyərək ustalıqla hər işin öhdəsindən gəlirdilər. Disneyin üsulu yaradılmış hərəkətlərdə texnologiyadan qismən istifadə idi və buna görə də estetik görünüşə də xüsusi əhəmiyyət verirdi. 1933-cü ildə Disney ilk dəfə olaraq dünyada rəngli cizgi film buraxdı və bu zaman ABŞ-ın işlənmiş "Texnikolor" metodundan istifadə etdi. Xüsusi uğuru isə "Üç donuz balası" adlı filmi ilə oldu və 1933-cü ildə buna görə Oskar mükafatı qazandı. Bu cizgi film ingilis nağıllarının motivləri əsasında yaradılmışdı. İqtisadi böhran nəticəsində şəkillərdə təsəlliverici funksiyalardan istifadə edilir. Bu iş prosesinin qurtarılması və işgüzarlığın individual resepti sayılırdı. 30-cu illərin ortalarında Disney filmləri asta vəziyyətdə Avropa və dünya bazarına çıxmağa başladı, lakin dünyanın çox ölkələrində cizgi filmlərin inkişafı estetik baxımdan inkar edilirdi. "Ağbəniz və yeddi cırtdan" adlı filmlə Disney ilk dəfə olaraq qısametrajlı filmə müraciət etdi. 1938-ci ildə Venesiyada keçirilən Beynəlxalq film festivalının mükafatı ilə təltif edildi. Bu işin tam yerinə yetirilməsi üçün yeni avadanlıqları özündə birləşdirən studiyo fabrikinə ehtiyac var idi və 1939-cu ildə Byorbank bunu hazırladı. "Ağbəniz" filminin uğurundan sonra onun ardınca 1939-cu ildə "Pinokkio" yaradıldı. 1940-cı ildə eksperimental film sayılan "Fantaziya", 1941-ci ildə "Dambo" və xüsusən 1942-ci ildə maral balası haqqında poetik "Bembi" hazırlandı. İkinci dünya müharibəsindən sonra Disney studiyası sifariş edilmiş filmlər çəkirdi və o, qısametrajlı filmləri çəkməyə davam edirdi; "Göyçək Fatma" (1950-ci ildə Venesiya Beynəlxalq festivalının mükafatçısı), "Alisa möcüzələr ölkəsində" (1951), "Piter Pen" (1953), "Xanım və avara" (1955), "Yatmış gözəl" (1959), "Yüz bir dalmatin" (1961), "Meri Poppins" (1964-cü ildə əsasən aktyor və cizgilərin köməyi ilə yaradılmışdır) və "Cəngəllik kitabı" (1967-ci ildə Disneyin ölümündən sonra bitirilmişdir). Bütün bunlarla yanaşı digər bir çox filmlər var idi ki, onlar da 30-cu illərin ortalarında təkrar tamaşaçılara göstərilirdi. 50–60-cı illərin sonlarında Disney studiyası yeni sənədli filmlərin çəkilməsinə başlayır. Bunlara "İnsanlar və ölkələr", "Həyatdan macəra" (burada heyvanların həyatına diqqət yetirilirdi) və oyun üçün nəzərdə tutulmuş kommersiya filmləri daxil edilmişdi. Çoxşaxəli filmlər üçün "Disney" telekanalı yaradılır. "Disney" öz işlərinə görə 29 Oskar mükafatı alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Uolt_Disney

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç