Uilfred Cekson

Uilfred Cekson

Rejissor, bəstəkar

BİOQRAFİYA

Uilfred Cekson amerikalı rejissor, animator, aranjemançı və bəstəkardır. Daha çox “Mikki Maus” və “Axmaq Simfoniyalar” silsiləsindən olan cizgi filmləri üzərində gördüyü işə görə tanınır. Bundan başqa "Disney" studiyasının 1953-cü ildə istehsal etdiyi “Piter Pen” cizgi filminin rejissorlarından biridir. Disney cizgi filmlərinin aranjemanı və musiqilərinə böyük töhvələr verib. Həmçinin “Axmaq Simfoniyalar” (Silly Symphony) silsiləsindən olan qısametrajlı “Köhnə Dəyirman” (1937) cizgi filminin rejissoru olub. Eyni zamanda “Ağca və yeddi cırtdan” (1937) və “Lady and hte Tramp” (1955) cizgi filmlərinin yaradılmasında iştirak edib. Daha sonra televiziya sahəsində fəaliyyətə başlayıb, prodüserlik edib. Səhhəti ilə əlaqədar 1961-ci ildə erkən təqaüdə çıxıb. 1988-ci ildə 82 yaşında dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Wilfred_Jackson

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç