Con Makineri
Aktyor
Con Makineri 1 noyabr 1943-cü ildə Birminqem şəhərində dünyaya gəlib. Onun qardaşları aktyor Piter Makineri və fotoqraf Devid Makineridir. Con Old Vic teatr məktəbində oxuyub. Aktyor karyerasına 20 yaşında qədəm qoyub, Liverpulun "Everyman Theatre" teatrının səhnəsinə çıxıb. Liverpul teatrında 3 il ərzində çalışdıqdan sonra Britaniya Milli Teatrının truppasına qoşulub, bir çox tamaşalarda o cümlədən Franko Zeffirellinin “Od olmayan yerdən çıxan tüstü” tamaşasında iştirak edib. 1965-ci ildə kinodebütünü gerçəkləşdirib. Uilyam Şekspirin “Otello” əsərinin Stüart Bördj tərəfindən ərsəyə gətirilmiş ekranizasiyasında rol alıb. İkinci əlamətdar rolu Franko Zeffirellinin “Romeo və Cülyetta” dramında Merkutsio rolu olub. Həmin rol aktyora populyarlıq və BAFTA mükafatına namizədlik qazandırıb. 1970-ci ildə “Ot üstündə qayıq” adlı fransız tragikomediyasında Klod Jad və Jan Pyer Kassellə tərəf müqabili olub. Film Kann Festivalında “Qızıl palma budağı” mükafatına namizəd olub. 1973-cü ildə Con Makineri aktrisa Stefani Biçemlə evlənib. Nikahın ömrü cəmi beş il çəkib. Birgə nikahdan Fibi və Holli adlı qızları doğulub. 1990-cı ildə sənətçinin Zeffirelli ilə əməkdaşlığı davam edir və həyatında Şekspirin sayca üçüncü ekranizasiyasına – bu dəfə Hamletə çəkilir. 1998-ci ildə "Qlobus" teatrının 400 illik yubileyi münasibəti ilə aktyor “Bayramın mübarək, Mister Börböc” adlı pyesini yazır. 2004-cü ildə Con Makineri yenidən Şekspirin adaptasiyasında iştirak edir. Bu dəfə “Qlobusun” səhnəsində Romeo və Cülyetta tamaşasında rahib Lorenso rolunda çıxış edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: