Oliviya Hassi

Oliviya Hassi

Aktrisa

BİOQRAFİYA

Oliviya Hassi 17 aprel 1951-ci ildə Buenos Ayresdə (Argentina) anadan olub. Atası Andreas Osuna opera müğənnisi olub və İsvaldo Ribo təxəllüsü ilə tanınıb. Oliviyanın 2 yaşı olarkən valideynləri ayrılırlar. 5 ildən sonra anası kiçik qardaşı ilə birlikdə Oliviyanı Londona aparır. Məhz orada Oliviya anasının soyadını götürür və teatr məktəbində təhsil almağa başlayır. O, ilk televiziya rolunu 13 yaşı olarkən alır və tezliklə italyan rejissor Franko Zeffirellinin "Romeo və Cülyetta" filmində Cülyetta rolunu ifa edir. Oliviya həmin roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülür. Oliviya Hassi 1971-ci ildə Los-Ancelesə gəlir və aktyor Din Martinin oğlu ilə ailə həyatı qurur. Onun oğlu Aleksandr da sonradan aktyor olur. 1973-cü ildə o, "İtirilmiş üfüqlər", 1978-ci ildə isə "Nildə ölüm" filmlərində çəkilir. 1978-ci ildə Martin Hassi ilə ayrılır və 1980-ci ildə yapon müğənnisi Akira Fuse ilə ailə qurur. 1983-cü ildə onların Maks adlı oğulları dünyaya gəlir. Oliviya Hassi ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən ərə gedir və bu nikahdan da qızı İndiyu Coy anadan olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Oliviya_Hassi

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç