Leonard Uaytinq
Aktyor
Leonard Con Uaytinq 30 iyun 1950-ci ildə Londonun İslinqton rayonunda anadan olub. O, Artur Leonard Uaytinq və Marqaret (Peqqi) Coys Uaytinqin (Sallivan) ailəsində doğulub. Beləcə Leonardın əsli həm ingilis, həm irland və müəyyən qədər də qaraçı sayılırdı. Londonun Kamden rayonunda yerləşən "St. Richard of Chichester" kollecində təhsil alıb və "Romeo və Cülyetta" filminə dəvəti ilə bağlı həmin kolleci iki həftəyə bitirib. Leonard öz karyerasına hələ 11 yaşında müğənni kimi başlamışdı. Leonardın xüsusi səs imkanları onu Londonun şimalında yerləşən katolik kilsəsinin xoruna gətirib çıxarır. O, həmin xorda uşaqlar arasında ilk soprano səsə malik şəxs idi. 13 yaşında isə ona teatrda gedən "Oliver!" müziklındə rol almaq nəsib olur. Onun çəkildiyi birinci film "Dik Törpin haqqında əfsanə" (1965) olur. Elə həmin ildə Leonard Milli teatrın truppasına dəvət alır. O, Lourens Olivyenin çəkildiyi "Məhəbbət üçün məhəbbət" filmində mahnı ifa edir. 1967-1968-ci illərdə rejissor Franko Zeffirelli 3 aylıq seçimlərdən sonra Romeo roluna olan 300 namizədin arasından məhz Leonard Uaytinqi seçir. Britaniyalı aktyorun ifasındakı Romeo obrazı dünya tamaşaçıları tərəfindən yüksək səviyyədə qarşılanır. Bu rola görə aktyor 1969-cu ildə "Qızıl Qlobus" nominasiyasında "İlin yeni ulduzu – aktyor" mükafatını alır. 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Leonard daha 7 filmə çəkilməyə nail olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: