Con Braborn

Con Braborn

Prodüser

BİOQRAFİYA

Con Braborn 9 noyabr 1924-cü ildə London şəhərində (İngiltərə) anadan olub. 5-ci baron Brabornun ikinci oğludur. Orta təhsilini İton Kollecində alıb. Daha sonra Oksford şəhərinin Brazoniz Kollecində oxuyub. 1939-cu ildə atası vəfat edəndə onun cəmi 14 yaşı olub. Baron titulu vərəsəlik yolu ilə böyük qardaşına ötürülüb. 1940-cı illərdə ordudan ayrıldıqdan sonra televiziya sahəsinə aid prodakşn şirkətlərindən birində prodüser köməkçisi işləyib. Daha çox müharibə mövzulu filmlərin istehsalı üzərində çalışıb. 1950-ci illərin əvvəllərində istehsalat meneceri vəzifəsinə yüksəlib. Yalnız 1958-ci ildə son hədəfi olan prodüserlik ona nəsib olub. Müharibə fonunda Hindistanda baş vermiş sevgi hekayəsini danışan “Harri Blək” (1958) adlı ilk filminə prodüserlik edir. Daha sonra “Bismarkın batırılması” (1960) filminin istehsal olunmasında iştirak edir. Aktivində “Romeo və Culyetta” daxil olmaqla, “Şərq Ekspressində qətl” (1974), “Nil çayında qətl” (1978), “Kiçik Dorrit” kimi filmlər yer alır. “Romeo və Cülyetta” filminin prodüseri kimi iki dəfə ABŞ Kinoakademiyasının ali mükafatına namizəd olub. Braborn 2005-ci ildə 80 yaşında Kentdəki evində vəfat edib. Özündən sonra həyat yoldaşı və yeddi övladı qalıb. Ən çox rejissor Zeffirellinin lentə aldığı “Romeo və Culyetta” filminin prodüseri kimi şöhrət qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/John_Knatchbull,_7th_Baron_Brabourne

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç