Sallivan Steplton

Sallivan Steplton

Aktyor

BİOQRAFİYA

Sallivan Steplton 14 iyun 1977-ci ildə Avstraliyanın Melburn şəhərində doğulub. Səkkiz yaşında olanda bacısı – hazırda aktrisa olan Casinta Stepltonla birgə uşaq modeli kimi fəaliyyətə başlayıb. Gənc Sallivanın şəkli bir gün avstraliyalı rejissorlardan birinin əlinə keçir və ona qısametrajlı filmə çəkilməyi təklif edir. Çəkiliş meydançasında Sallivan özünü istedadlı bir gənc olaraq sübuta yetirir, rejissora heç bir çətinlik yaratmır. Gələcəyinin parlaq olduğunu görə tanışları, o cümlədən kino adamları ona peşəkar aktyor olmağı tövsiyə edir. Steplton beləcə St. Martin's teatrının studiyasında aktyorluq dərslərinə getməyə başlayır. Həmçinin bu peşənin əlifbasını "Sandringham Secondary" kollecində öyrənir. Peşəkar səviyyədə aktyor karyerasına Sallivan 90-ci illərin ortalarında qədəm qoyub. Onun debüt işləri “Qonşular”, “Blu Hilers” serialları və “Uşaq vannasında qətliam” (1994) televiziya filmi olur. Paralel olaraq model fəaliyyətini də davam etdirib. Steplton hər şeyə vaxt çatdırıb. Əlavə gəlir üçün zoomağazada işləyib, heyvanların altını təmizləyib, çəkiliş pavilyonlarında müxtəlif texniki işləri yerinə yetirib, bir müddət fəhlə kimi də çalışıb. 90-cı illərin ortalarında bir neçə tammetrajlı filmə çəkilib. Rol aldığı filmlər arasında “Yaxşı oğlanlar, pis oğlanlar”, “Radiobum”, “Strinqerlər”, “River Strit”, “Silsilə qatilin profili”, “Emi”, “Cadügər ovu” kimi filmləri sadalamaq olar. 2011-ci ildə Sallivan rejissor Deniel Nettheymin “Ovçu” adlı macəra dramına çəkilir. İki ildən sonra isə, 2013-cü ildə “Qanqster ovçusu” filmində Coş Brolin, Şon Pen və Rayan Qoslinq kimi ulduzlarla tərəf müqabili olub. 2014-cü ildə böyük ekranlara karyerasının ən uğurlu filmlərindən sayılan “300 Spartalı: Bir imperiyanın Yüksəlişi” filmi çıxır. “300 Spartalı”nın sikveli sayılan filmdə baş rola çəkilib. Sallivan iki il ərzində avstraliyalı aktrisa Karla Bonnerlə görüşüb. Tərəflər 2007-ci ildə yollarını ayırıb. 2010-cu ildə Steplton televiziya əməkdaşı Co Bes Teylorla keçmiş münasibətlərini bərpa edib. Ancaq 2011-ci ildə onların ayrıldığı məlum olub. “Canavar qanunları”, 300 Spartalı: İmperiyanın yüksəlişi” və “Qanqster ovçuları” filmlərində oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sullivan_Stapleton

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç