Noam Murro

Noam Murro

Rejissor

BİOQRAFİYA

Naom Murro 16 avqust 1961-ci ildə Qüdsdə anadan olub. Orta məktəbi bitirdikdən sonra memarlıq ixtisası üzrə təhsil alıb. Ancaq məzun olduqdan sonra tam fərqli sahəyə maraq göstərib. Televiziya kanalları üçün reklam çarxları çəkməyə başlayıb. Reklam sahəsindəki nailiyyətlərinə görə bir neçə dəfə “DGA Awards” mükafatına namizəd olub və 2015-ci ildə nominasiyalardan birində qalib gəlib. Daha sonra “Biscuit Films” adlı öz reklam şirkətini yaradıb (Şon Leysi Tessaro ilə birgə). 2004-cü ildə “Zəng 2” qorxu filminin çəkiliş heyətinə dəvət olunsa da, bədii aspektlərdə yaranan ziddiyyətlərə görə layihəni tərk etməli olub. Sikvelin rejissor kürsüsü isə Hideo Nakataya həvalə olunur. Rejissor debütünü “Çoxbilmişlər” komediya filmi ilə gerçəkləşdirib. Filmin dünya premyerası 2008-ci ilin yanvar ayında “Sandens” kinofestivalında baş tutub. Bir il sonra Naom HBO İmagine adlı qısametrajlı detektiv lentin rejissoru olur. 2012-ci ildə “Stella Artois”, “Land Rover”, “Adidas”, “Toshiba”, “eBay”, “Nike”, “Volkswagen” və digər iri brendlər üçün reklam çarxları çəkən şirkətin başına gəlib. 2011-ci ildə Murroya Brüs Uillisin iştirakı ilə “Məğlubedilməz” saqasının növbəti hissəsini çəkmək təklifi gəlir, ancaq “300 spartalının” sikvelinin çəkilişini öhdəsinə götürdüyünə görə iribüdcəli layihədən imtina etməli olur. “Məğlubedilməz” filminin sikvelini isə rejissor Con Mur lentə alır. Daha çox “300 Spartalı: Bir İmperiyanın Yüksəlişi” (2013) filmlərinin rejissoru kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://kino-teatr.ua/person/murro-noam-6283.phtml

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç