Fil Treyl

Fil Treyl

Rejissor, prodüser, ssenarist, aktyor

BİOQRAFİYA

Fil Treyl – 1973-cü ildə Nyu-Cersidə (ABŞ) anadan olsa da, uşaqlığı Londonda (İngiltərə) keçib. Nyukasl Universitetini ingilis dili, kinematoqrafiya və fəlsəfə ixtisası üzrə bitirib. Televiziyada “The Big Breakfast” teleşousunda parikli nəhəng alma personajı rolunda debüt edib. Daha sonra beş il ərzində müxtəlif yumoristik-əyləncəli teleproqramlarda prodüser, məsləhətçi və rejissor vəzifələrində iştirak edib. Conni Von, Qebi Roslin, Kit Çeqvin və Sara Koks kimi aparıcılarla əməkdaşlıq edib. Asudə vaxtlarında Fil ssenari yazmaqla məşğul olub və bir sıra qısametrajlı filmlər lentə alıb (Hiccup (Ceyms Darsi və Seliya İmrinin iştirakı ilə), "Post" (Eddi Marsanın iştirakı ilə), “Bağ” (özü baş rola çəkilib) və "Flipped" (Ceyson Fleminqin iştirakı ilə)). Sadalanan filmləri bir neçə mükafat qazanıb. Həmin filmlər üzərində çəkdiyi əziyyətlər hədər getməyib. Britaniyanın "Screen İnternational" adlı jurnalının üz qabığına düşərək, Britaniya kino sənayesinin ən gənc və istedadlı nümayəndələrindən biri kimi təqdim olunub. Fil "C4" telekeanalında yayımlanan “Qaşıqlar” komediya serialı üçün 150 sketçə rejissorluq edib. İlk iri büdcəli tammetrajlı bədii filmi Ben Raysin “Pobbi və Dinqan” romanının motivləri əsasında çəkilmiş “Opal Arzu” filmi sayılır. Həmin filmin ssenaristlərindən biri olub. Daha sonra özünü bir sıra populyar serialların rejissoru qismində sınayıb (Yırtıcı qadınlar şəhəri, “Orta yaşlı kişilər”, “Böyük gözləntilər”, “Həyatımın ən pis həftəsi”, “Ket və Kim”, “Nifrətimin 10 səbəbi” və sair). Günlərin bir günü Amerikadan ona zəng gəlir. Xəttin qarşı tərəfindən olan şəxs özünü Sandra Bullok kimi təqdim edir və ona “Stiv haqqında” komediyasına rejissorluq etməyi təklif edir. Romantik komediyada Sandra Bullok və Bredli Kuper baş rollara çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%80%D0%B5%D0%B9%D0%BB%D0%BB,_%D0%A4%D0%B8%D0%BB

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç