Fillida Lloyd

Fillida Lloyd

Rejissor

BİOQRAFİYA

Fillida Lloyd 17 iyun 1957-ci ildə Bristol şəhərində (İngiltərə) anadan olub. Uşaqlığı doğma şəhərində keçib. 1979-cu ildə Birminqem Universitetinin məzunu olub. Ali təhsili başa vurduqdan sonra 5 il ərzində BBC telekanalında çalışıb. 1985-ci ildə “Everyman” teatrında rejissor assistenti vəzifəsini tutub. 1989-cu ildə Bristol Old Vic teatrına keçib. Onun qoyduğu “Səhvlərdən doğan lətifələr” tamaşası böyük uğur qazanıb. Daha sonra "Royal Exchange Theatre" teatrında “Qış nağılı”, “Medey”, “Ölüm və kralın mehtəri”, “Nadinc məktəb” və digər tamaşaları qoyub. Ardınca 1992-ci ildə Aleksandr Ostrovskinin “İstedadlar və onların azarkeşləri” komediyasını səhnəyə çıxarıb. 1992-ci ildə ilk kommersiya uğurunu qazanıb. Con Quarın “Uzaqlaşmağın altı mərhələsi” adlı pyesi əsasında qoyduğu tamaşa, "Vest-End" teatr səhnəsinə çıxarılıb. 1994-cü ildə Kral Milli Teatrında Şekspirin “Periklı” əsəri ilə debüt edib. Ardınca Kral Sarayı Teatrı üçün Terri Consonun “İsteriya” tamaşasını qoyub. 1999-cu ildə rejissor ABBA qrupunun populyar mahnıları əsasında yaradılmış “Mamma Mia!” musiqili tamaşasını ərsəyə gətirib. 2008-ci ildə onun böyük ekranlar üçün versiyasını adaptasiya edib. Sözügedən film, həm kassa uğuru qazanıb həm də tənqidçilərin rəğbətini qazanıb. Bu onun kinoda ilk və ən uğurlu işi sayılır. 2011-ci ildə isə keçmiş Britaniya baş naziri Marqaret Tetçerin həyat və siyasi yolundan bəhs edən “Dəmir Ledi” adlı bioqrafik dramını lentə alıb. Baş rola Meril Strip çəkilib. Film İngiltərədə müəyyən ziddiyyətlərə yol açıb, belə ki, bir çox mühafizəkarlar onun sağ olduğu dövrdə bu filmin çəkilməsini yersiz hesab edib. Filmin çəkilişindən iki il sonra Tetçer 88 yaşında vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BB%D0%BE%D0%B9%D0%B4,_%D0%A4%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%B4%D0%B0

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç