İen Qlen

İen Qlen

Aktyor, prodüser

BİOQRAFİYA

İen Qlen 24 iyun 1961-ci ildə Edinburq şəhərində (Şotlandiya) anadan olub. Böyük ekranlarda daha çox məşhur video oyunun adaptasiyası olan “Şər sakini” (Resident Evil) saqasında Həkim Ayzeks, “Lara Kroft: Sərdabələr oğrusu” (2011) filmində Manfred Pauell rolu ilə məşhurlaşıb. Bundan başqa ABŞ-ın ən populyar seriallarından sayılan “Taxt oyunları” (2011-2017) serialında Mormon roluna görə tanınır. Karyerası ərzində ümumilikdə 94 televiziya, bədii film, seriala çəkilb. Son işi 2018-ci ildə çəkilən “Cənab Uilson” adlı mini serialıdır və baş qəhrəmanı – Alek Uilsonu oynayır. Aktyorun uşaqlığı doğma Edinburq şəhərində keçib. Kral Dram İncəsənət Akademiyasında oxuyub. Fərqlənmə ilə bitirərək, Benkroft qızıl medalını qazanıb. 1993-2004-cü illərdə Süzanne Harkerlə evli olub. Həmin nikahdan Finli adlı oğlu var. Hazırda aktrisa Şarlotta Emmersonla birgə yaşayır. Cütlük Meri və Cülyer adlı qızlarını böyüdür. Qlen teatr səhnəsində də kifayət qədər məşhurdur. “Makbet”, “5-ci Henri”, “Qedda Qabler” kimi görkəmli tamaşalarda öz mahir aktyorluq bacarığını ortaya qoyub. 2011-ci ildə “Kabuslar” adlı tamaşasının quruluşçu-rejissoru olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BB%D0%B5%D0%BD,_%D0%98%D1%8D%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç