İzekil Norton
Rejissor, vizual effekt tərtibatçısı
İzekil Norton 26 iyun 1970-ci ildə Kanadanın Ontario vilayətinin Toronto şəhərində anadan olub. Kanadalı animasiya filmləri və serialları rejissoru və vizual/xüsusi effektlər üzrə tərtibatçıdır. Daha çox “2012” (2009 – vizual effekt tərtibatçısı), “Persi Cekson və Şimşək oğrusu” (2010 – vizual effekt tərtibatçısı ), Qayıdış (1997 – rejissor ), “Yeni Hörümçək adam” (2003 – rejissor) filmləri üzərində gördüyü işə görə tanınır. Eyni zamanda “Barbi” silsiləsindən olan cizgi filmləri, serialları və video oyunlarının rejissoru kimi şöhrət qazanıb. Karyerası ərzində ümumilikdə 17 cizgi filmi və serialına və video oyunlardakı çarxlara rejissorluq edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: