Frunzik Mkrtıçyan

Frunzik Mkrtıçyan

Aktyor

BİOQRAFİYA

Frunze (Frunzik) Muşeqoviç Mkrtıçyan – erməni əsilli Sovet teatr və kino aktyorudur. Daha çox “Mimino” (1977), “Qafqaz əsiri” (1967) , “Əlibaba və 40 quldur” (1980) filmlərində oynadığı rollara görə tanınır. 1978-ci ildə SSRİ dövlət mükafatı laureatı olub.1930-cu ildə Ermənistanın Gümrü şəhərində çoxövladlı ailədə anadan olub. 1945-ci ildə Gümrü tikiş kombinatı klubunda kinomexanik vəzifəsində çalışıb. Asudə vaxtlarında özfəaliyyət dram dərnəyinin tamaşalarında səhnəyə çıxıb. 45-46-cı illərdə Gümrü Dram Teatrının aktyorluq studiyasında oxuyub. 1947-ci ildə teatrın truppasına üzv olub. 1951-1956-cı ildə Yerevan teatr-incəsənət institutunda oxuyub. Paralel olaraq kinolara çəkilib. 29 dekabr 1993-cü ildə Yerevandakı mənzilində vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BA%D1%80%D1%82%D1%87%D1%8F%D0%BD,_%D0%A4%D1%80%D1%83%D0%BD%D0%B7%D0%B8%D0%BA_%D0%9C%D1%83%D1%88%D0%B5%D0%B3%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç