Umeş Mehra

Umeş Mehra

Rejissor, ssenarist

BİOQRAFİYA

Umeş Mehra – hindistanlı rejissor və prodüserdir. 80-ci illərdə Sovet-Hind istehsalı olan filmləri ilə məşhurlaşmış yeganə hind rejissorudur. Daha çox “Əlibab və 40 quldur” və “Sevgi haqqında əfsanə” filmlərinin rejissoru kimi tanınır. Onun Sovet məkanında sevilən ekran əsərləri sırasında “Sevgi torları”, “Məhkum”, “Quru, “Oyunçuların kralı” kimi filmləri sadalamaq olar. Anil Kapur, Mohniş Bahl, Akşay Kumar və digər hind ulduzlarının məşhurlaşmasında onun müstəsna rolu olub. Umeş 1953-cü ildə məşhur hind kinoprodüseri F.C. Mehranın ailəsində anadan olub. Anası şairə olub. Atası F.C.Mehra 1953-cü ildə məşhur hind kinoşirkəti olan “Eagle Films”i yaradıb. Rejissor olaraq debütünü gerçəkləşdirməzdən əvvəl, Caqanand Caqirdarın kurslarına gedib və “Manoranjan” (1974), “Bundlebaaz” (1976) filmlərinin çəkilişlərində rejissor Şammi Kapurun köməkçisi işləyib. 1977-ci ildə ilk müstəqil filmini – Hamare Tumhare komediyasını çəkib. Filmdə baş rollara Sanjiv Kumar və Rakhi kimi aktyorlar çəkilib. Daha sonra karyerasının ən uğurlu işi sayılan “Əlibaba və 40 quldur” hind-sovet filminin çəkilişlərinə hazırlaşır. 1980-ci ildə ekran əsəri Çexoslovakiya kinofestivalında ilin ən yaxşı filmi seçilir. Bundan başqa o vaxtlar prestijli sayılan Daşkənd kinofestivalında tənqidçilərin müsbət rəyini qazanıb. Film Hindistanda “gümüş yubileyini” qeyd edib, belə ki, 25 həftə ərzində Hindistanın ən prestijli kinoteatrlarında fasiləsiz nümayiş olunub. Statistik məlumatlara əsasən, Sovet tarixi ərzində ən yaxşı kinolayihələrin beşliyinə daxil olub. Umeş filmin fantastik uğurundan sonra demək olar ki, hər il film çəkməyə başlayıb. 1984-cü ildə “Sohini Mahival” ( Sevgi haqqında əfsanə) filmi Sovet tamaşaçıları arasında “Əlibaba və 40 quldur”dan az sevilməyib. Təəssüflər olsun ki, onun son SSRİ-Hind istehsalı olan filmi – “Shikari” və ya “Cəngəllik qanunlarına görə” adlı dramı həm hindistanda həm dəpost-Sovet məkanında böyük kassa uğursuzluğuna düçar olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://raveena2.narod.ru/Text/2/umesh_eagles.htm

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç