Bahadur Əliyev

Bahadur Əliyev

Aktyor

BİOQRAFİYA

Bahadur Əliyev - 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Kino və dram aktyorluğu fakültəsini bitirib. Bakı kinostudiyasında aktyor və rejissor assistenti işləyib. “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində epizodik rollarda çəkilib. SSRİ və Hindistanın birgə istehsalı olan “Əlibaba və qırx quldur” filmində də rol alıb. Orta Asiya respublikalarında filmlərə dəvət alan aktyorun məşhur özbək filmi “Şerəli və Aybərçin”də oynadığı rol özbəklərin də sevgisini qazanıb. “Ulduz” filmindəki kolxoz sədri Qədir obrazı isə aktyorun ən yaddaqalan rollarındandır. Ömrünün çox hissəsini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayan aktyor filmlərə çəkilməklə yanaşı, dublyaj sahəsində də səmərəli fəaliyyət göstərib, kinostudiyada dublyaj sexinin müdir müavini işləyib. Sənətkar 16 sentyabr 2002-ci ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Bahadur_%C6%8Fliyev

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç