Toni Belyü

Toni Belyü

Boksçu, aktyor

BİOQRAFİYA

Toni Belyü – britaniyalı peşəkar boksçudur. Yarım-ağır, birinci dərəcəli ağır və ağır kateqoriyalarda döyüşüb. Kinoda yalnız “Krid” adlı idman dramına çəkilib və əsas antoqonisti oynayıb. Ağır çəkidə WBC versiyası üzrə dünya çempionu (2016 -) və EBU versiyası üzrə Avropa çempionudur.Yarım-ağır çəkidə Britaniya həmrəylik ölkələrə arasında keçirilən turnirdə çempion olub (2010-2011). Yeniyetməlik illərində kikboksinqlə məşğul olub. Həvəskar rekordu 100-4 təşkil edir. Döyüşlərin 68-də rəqibə nokautla qalib gəlib. 2002-2003-cü illərdə həvəskar rinqdə demək olar ki, bütün rəqiblərini nokautla məğlub edib (yalnız bir opponentini xal fərqinə udub). Üç dəfə ABA çempionu olub. 2006-cı ildə ağır çəkiyə baş vurub, ancaq Denni Praysa məğlub olub. Peşəkar rinqdə debüt matçı 2007-ci ilin oktyabrına təsadüf edir. Toni Belyü doğma şəhəri olan Liverpulun “Everton” futbol klubunun fəal azarkeşidir. Tez-tez komandanın ev və səfər oyunlarında tamaşaçı qismində iştirak edir. Evertonun “Qudison Park” stationunda 2016-cı ildə keçirdiyi döyüşdə WBC versiyası üzrə dünya çempionu titulunu qazanıb. Əmisi oğlu Corc Belyü kikboksinq üzrə Avropa çempionudur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BB%D0%BB%D1%8C%D1%8E,_%D0%A2%D0%BE%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç