Cerri Siqel

Cerri Siqel

Ssenarist

BİOQRAFİYA

Cerom (Cerri) Siqel 17 oktyabr 1914-cü ildə Klivlend şəhərində yəhudi mühacirlərin ailəsində anadan olub. Valideynləri həmin dönəmlərdə Rusiya çar imperiyasının ərazilərinə daxil olan, indiki Litvadan ABŞ-a köçüblər. Atası Mixayil Seqaloviç ABŞ vətəndaşlığı alan zaman soyadını qısaldaraq Siqelə çevirib. Cerri çoxövladlı ailənin altıncı uşağı, sonbeşiyi olub. Uşaqlığı doğma Klivlend şəhərində keçib. İbtidai məktəbdə oxuduğu illərdə atasının mağazası silahlı qarətə məruz qalıb və keçirdiyi sarsıntıdan sonra ürəyi partlayıb. Cerri özü isə 1996-cı ildə Los-Ancelesdə dünyasını dəyişib. Rəssam Co Şusterlə birlikdə dünyanın bir nömrəli komiks qəhrəmanı “Supermen”in yaradıcısıdır. Sözügedən personaj “IGN”nin 2011-ci ildə dərc etdiyi 100 ən nüfuzlu komiks qəhrəmanı” reytinqinə başçılıq edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B8%D0%B3%D0%B5%D0%BB,_%D0%94%D0%B6%D0%B5%D1%80%D1%80%D0%B8

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç