Cim Keş

Cim Keş

Ssenarist

BİOQRAFİYA

Cim Keş - amerikalı ssenaristdir. Daha çox “Anakonda” (Anaconda – 1997), “Ən yaxşı atıcı” (Top Gun – 1986), “Dik Treysi” (Dick Tracy – 1990), “Törner və Huç” (1989) filmlərinin ssenaristi kimi tanınır. Karyerası ərzində ümumilikdə 8 filmə ssenari yazıb. 17 yanvar 1941-ci ildə ABŞ-ın Miçiqan ştatının Boyn şəhərində anadan olub. Miçiqan Dövlət Universitetində ingilis dili üzrə bakalavr dərəcəsi əldə edib. Magist pilləsinə isə televiziya və radio sahəsi üzrə (elə həmin təhsil ocağında) yüksəlib. Ssenaristlikdən savayı, məzunu olduğu universitetdə professor olaraq kinematoqrafiya tarixi üzrə dərs deyib. Yazdığı sonuncu ssenari əsasında çəkilmiş “Anakondalar: Qanlı Səhləbin Ovu” filmi 2004-cü ildə ekranlara çıxsa da, onu görmək ssenaristə nəsib olmayıb. Belə ki, 25 mart 2000-ci ildə dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jim_Cash

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç