Stefano Sollima

Stefano Sollima

Rejissor, operator, ssenarist

BİOQRAFİYA

Stefano Sollima 4 may 1966-cı ildə Romada anadan olub. Məşhur italiyalı rejissor və ssenarist Serjio Sollimanın övladıdır. Karyerasını xəbər operatoru olaraq başlayıb. Müharibə zonalarından CNN, CBS, NBC kimi nüfuzlu telekanalların sifarişi ilə çəkilişlər aparıb. 1991-ci ildə “Təşəkkür” (Grazie) adlı qısametrajlı filmlə rejissor debütünü gerçəkləşdirib. Film Turin Kino Festivalında nümayiş olunub. 1993-cü ildə “Sotto le unghie” adlı növbəti qısametrajlı filmi Kann Kinofestivalının Beynəlxalq tənqidçilərin həftəsi rubrikasına daxil edilib. 1998-ci ildən etibarən televiziya sahəsində işləməyə başlayıb. "La squadra" (2003-2007), "Ho sposato un calciatore" (2005), və "Crimes" (2006–2007) kimi seriallara rejissorluq edib. Məşhurlaşmasında 2008-ci ildə hakim Cankarlo De Kataldonun memuarları əsasında lentə aldığı “Romanzo criminale – La Serie” serialının müstəsna rolu olub. 2 mövsüm ərzində yayımlanan serialın hər 22 epizodunu özü çəkib. Karyerası ərzində 16 film və seriala rejissorluq edib. Daha çox “Polisin ağına da lənət, qarsına da” (All Cops Are Bastards – 2012), “Suburra” (Suburra – 2015), “Qatil hamıya qarşı” (2018) kriminal dramlarının rejissoru kimi tanınır. Bundan başqa “Romanzo criminale – La serie” (2006-2008) və “Qomorra” (2014-) məşhur mafiya seriallarına rejissorluq edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm1356588/

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç