Reki Ayola

Reki Ayola

Aktrisa, prodüser

BİOQRAFİYA

Reki Ayola - britaniyalı televiziya, teatr və kino aktrisasıdır. Daha çox BBC-nin məşhur xəstəxana sabun operası “Holbi Siti” serialında oynadığı Kila Tayson roluna görə tanınır. 1968-ci ildə Uelsdə anadan olub. Karyerasının əvvəlində müxtəlif teatrlarda oynanılan Şekspir tamaşalarında səhnəyə çıxıb. Britaniyanın “Əsgər, Əsgər”, “İst End sakinləri”, “Könül dəryası”, “Doktor Kim” kimi reytinqli seriallarında görüntülənib. 2006-2008-ci illər ərzində Holbi Siti serialının müxtəlif epizodlarının çəkilişlərində iştirak edib. 2009 –cu ildə “Mənim Az Qala Məşhur Ailəm” musiqili komediya tamaşasında baş rollardan birinə çəkilib. Ayola şoubiznes və incəsənət sektorunda fərqli irqlərdən və milliyyətlərdən olan insanlara bərabər şəraitin yaradılmasının tərəfdarıdır və uzun müddət diskriminasiya hallarına qarşı mübarizə aparıb. 2001-ci ildə qısametrajlı filmlərin istehsalı üzrə ixtisaslaşmış “Persephone's Playground” kinoşirkətini təsis edib. 1998-ci ildə Hamle tamaşasının qoyuluşu zamanı Ayola gələcək həyat yoldaşı ilə tanış olub. 2 il sonra “12-ci gecə” adlı tamaşada yenidən bir araya gəliblər və aralarında romantik münasibətlər yaranıb. Cütlük 2004-cü ilin may ayında münasibətlərini rəsmiləşdirib. Birgə nikahdan 2004 və 2009-cu il təvəllüdlü iki qızları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Rakie_Ayola

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç