Reyçel Vud

Reyçel Vud

Aktrisa

BİOQRAFİYA

Evan Reyçel Vud – amerikalı aktrisa, model və musiqiçidir. Aktyor karyerasını seriallara epizodik rollara çəkilməklə başlayıb. “Axirətdən qayıtmış Şerif” (1995-96) və “Yenə və bir daha” (1999-2002) kimi seriallara çəkilib. Böyük ekranlarda ilk rolu “Qazaraq Çinə doğru” filmində oynadığı rol sayılır. 2003-cü ildə ekranlara çıxan “On üç” dramında oynadığı problemli yeniyetmə Treysi Frilend rolu karyera yüksəlişinə təkan vermiş olub. Həmin rola görə bir sıra mötəbər kino mükafatlarına o cümlədən “Qızıl Qlobus” mükafatına namizəd olub. Karyerası ərzində daha çox müstəqil bədii filmlərə çəkilib. “İblis” (2005), “Vadidə baş verənlər” (2005), “Uçurumda” (2006), həmçinin kiçikbüdcəli “Kainatdan keçərək” (2007) müziklında rol alıb. 2008-ci ildən kinostudiya istehsalı olan filmlərin çəkilişlərinə cəlb olunub. “Restler” (2008), “Nə olur olsun” (2009) və “Mart İdləri” (2011) kimi reytinqli filmlərdə görüntülənib. Həmçinin televiziyaya qayıdaraq “Xalis qan” (2009-2011) və “Mildred Pirs” (2011) seriallarına çəkilib. Sonuncu ona “Qızıl Qlobus” və “Emmi” mükafatına namizədlik qazandırıb. 2016-cı ildən başlayaraq, HBO-da yayımlanan “Vəhşi Qərbin aləmi” serialında Dolores Abernati rolunu oynayıb. Həmin rola görə “Televiziya tənqidçilərinin seçimi” mükafatı ilə təltif olunub, həmçinin “Qızıl Qlobus” və “Emmi” mükafatına namizəd olub. Aktrisa 7 sentyabr 1987-ci ildə ABŞ-ın Şimali Karolina ştatında anadan olub. “Wake Me Up When September Ends” mahnısının klipinin çəkilişlərindən sonra aktyor Ceymi Bellə görüşməyə başlayıb. Sevgi əlaməti olaraq bədənlərinə bir-birinin inisiallarını döydürüblər. Ancaq münasibətlərinin ömrü bir ildən çox çəkməyib. 2006-2008-ci illərdə Vud məşhur musiqiçi Merilin Mensonla görüşüb. Daha sonra onlar münasibətləri bərpa ediblər və 2010-cu ilin yanvar ayında nişanlanıblar. 2011-ci ildə kaminq aut edərək biseksual olduğunu etiraf edib. 2011-ci ildə Ceymi Bellə yenidən görüşməyə başlayır. 30 oktyabr 2012-ci ildə evlənirlər, bir il sonra isə Cek Matfin Bell adlı uşaqları doğulur. Doğuş əməliyyatı onun öz evində aparılır. 2014-cü ilin may ayında Vud və Bell yollarını ayırır. Belldən ayrıldıqdan sonra bir müddət aktrisa Ketrin Möninqlə eşq macərası yaşayıb. 2017-ci ildə Vud musiqiçi Zak Villa ilə nişanlanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%92%D1%83%D0%B4,_...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç